AZ

ÇL: “Dinamo” və “Srvena Zvezda” növbəti mərhələdə!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsində növbəti matçlar keçirilib.

Arena.az xəbər verir ki, cavab oyunları çərçivəsində 5 qarşılaşma təşkil olunub.

İlk qarşılaşmalarda qələbə qazanmış komandalardan “Kopenhagen”, Kiyev “Dinamo”su və “Srvena Zvezda” cavab görüşlərini də üstün bitiriblər. Səfərdə 0:2 hesabı ilə uduzan “Kayrat” evdə bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Qazaxıstan çempionu 3:0 hesabı ilə qalib gəlib.

ÇL-in 3-cü təsnifat mərhələsinin qalan oyunları iyulun 30-da baş tutacaq. İlk görüşdə İrlandiyanın “Şelburn” komandasına 3:0 hesabı ilə qalib gəlmiş Azərbaycan çempionu “Qarabağ” da cavab qarşılaşmasını sabah keçirəcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
29 iyul

Kayrat (Qazaxıstan) – KuPS (Finlandiya) 3:0
İlk oyun: 0:2

Drita (Kosovo) – Kopenhagen (Danimarka) 0:1
İlk oyun: 0:2

Dinamo (Kiyev, Ukrayna) – Hamrun (Malta) 3:0
İlk oyun: 3:0

Srvena Zvezda (Serbiya) – Linkoln (Cəbəllütariq) 5:1
İlk oyun: 1:0

Zrinski (Bosniya və Herseqovina) – Slovan (Bratislava, Slovakiya) 2:2
İlk oyun: 0:4

Seçilən
17
2
arena.az

4Mənbələr