Bakı. Trend:
Almaniyanın müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələrə(Bundesver) məxsus helikopterin qəzaya uğraması nəticəsində azı ikinəfərin öldüyünü və bir nəfərin itkin düşdüyünü açıqlayıb.
Trend xəbər verir ki, nazirbu barədə hadisə yerinə baş çəkdikdən sonra məlumat verib.
Hərbi Hava Qüvvələrindən həlak olan və itkin düşənlərinşəxsiyyəti barədə ətraflı məlumat verilməsə də, onların təcrübəliekipaj olduğu bildirilib.
Qeyd edək ki, təlim uçuşu yerinə yetirən helikopterlə səhərsaatlarında əlaqə itib. Bir qədər sonra isə Mulde çayında qayıqlahərəkət edən insanlar helikopterin qalıqlarını aşkar edərək polisəxəbər veriblər. Dərhal hadisə yeri əhatəyə alınıb, əraziyə girişməhdudlaşdırılıb, bölgədə uçuş qadağası elan olunub.
Qəzanın baş verdiyi əraziyə 100-dən çox xilasedici,yanğınsöndürən, polis, Bundesver qüvvələri və digər müvafiqqurumların əməkdaşları cəlb olunub. Hadisənin səbəbi ilə bağlıhələlik məlumat verilməyib.