AZ

Sahibə Qafarova mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan "Bakı Prosesi"nin bir parçası olan "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb.

Day.Az xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrənin Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin VI Dünya Konfransında çıxışı zamanı BMT-də islahatlar mövzusuna toxunaraq bildirib.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən il may ayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil edilmişdir ki, bu da qeyd olunan sahədə aparılan müzakirələrin parlament perspektivini təmin edib. Bunu nəzərə alaraq, Milli Məclisin sədri, mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib. 

Seçilən
0
2
day.az

3Mənbələr