Bakıda əcnəbinin yaşadığı ev qarət olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Dekabrın 21-də A.Cəlilov küçəsi, ev 24 mənzil 1 ünvanında kirayə qalan Hindistan vətəndaşı, 1982-ci il təvəllüdlü Raturi Girish Togat polisə müraciət edərək bildirib ki, səhər saat 10:00-dan axşam 23:30-dək mənzildə olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az