Ağdaş rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Rahib Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
Teleqraf.com xəbər verir ki, Ağdaş rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Rahib Məmmədəliyev rayon ərazisində Ayla Səmədovaya (ad və soyad şərti verilib - red.) təcavüz edib.
www.anews.az