Cənubi Koreyanın Kvanqyanq şəhərində zavodların birində ardıcıl iki partlayış baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Cənubi Koreyanın polad istehsalçısı olan POSCO şirkətinə məxsus zavodda yerli vaxtla 13:14-də (Bakı vaxtı ilə 8:14) qeydə alınıb.
Hadisə yerinə xeyli sayda xilasedici və yanğınsöndürən cəlb olunub. Xəsarət alan 5 nəfər xəstəxanalara yerləşdirilib. Şəhər rəhbərliyi zavoda yaxınlıqda yerləşən körpünün fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan yayıb.
www.anews.az