AZ

ABŞ Çinin İran neftini almasına etiraz edir

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Çin tərəfindən İran neftinin böyük həcmdə alınması Vaşinqtonu ciddi narahat edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İsveçin paytaxtında keçirilən ABŞ-Çin ticarət danışıqlarının yekunundan sonra jurnalistlərə açıqlama verən Bessent qeyd edib ki, Vaşinqton Pekinin sanksiya altındakı İran neftinin 90%-ni alması ilə bağlı narahatlığını Çin tərəfinə çatdırıb.

İyulun 29-da Bessent əlavə edib ki, ABŞ ilə Çin arasında ticarət müharibəsində yaranmış tarif fasiləsinin uzadılması barədə yekun qərarı Prezident Donald Tramp verəcək.

Seçilən
1
nocomment.az

1Mənbələr