2020-2021-ci tədris ilindən təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib.
"Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə, bu rəqəm beş dəfə çoxdur. Əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib”.
www.anews.az