"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, klub ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviçi transfer edib. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, "10" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Nikola Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.