AZ

Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Ərdoğan Qazaxıstan lideri  Kasım-Jomart Tokayevə “Dövlət Nişanı” təqdim edib.

Redaktor.az "Sabah"a istinadla xəbər verir ki, mərasimdə çıxış edən Prezident Ərdoğan, Qazaxıstanın Tokayevin liderliyi ilə bölgədə güclü bir dövlətə çevrildiyini bildirib. 

Ərdoğan Tokayevin öz ölkəsində böyük dəyişikliklərə imza atdığını, Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində çalışdığını xüsusi qeyd edib. 

Qeyd edək  ki, “Dövlət Nişanı”  Türkiyə Prezidenti tərəfindən verilən ən yüksək dövlət mükafatıdır. Bu medal Türkiyə ilə öz dövlətləri arasında dostluq münasibətlərini inkişaf etdirən və xalqlar arasında yaxınlaşmanı təşviq edən ölkələrin dövlət başçılarına, prezidentlərinə verilir.


Seçilən
25
11
redaktor.az

10Mənbələr