AZ

Direktorun səs yazısı yayıldı: İşçiləri saxtakarlığa təhrik edirmiş

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu saxtakarlığa təhrik edərək, məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq göstərməyi tələb edib.

Oxu.Az xəbər verir ki, iddialarla bağlı müəllim müdir əvəzinin səs yazısını da "Xəzər Xəbər"ə təqdim edib.

Şəbnəm İsayevanın sözlərinə görə, o, Emin Orucovun tələbini yerinə yetirməyib. Elə bu səbəbdən onların arasında problem yaşanıb. Şəbnəm İsayeva iddia edir ki, tələb olunanları etmədiyinə görə ona ciddi töhmət verilib.

Məsələ ilə bağlı Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru, eyni zamanda bağça və körpələr evinin müdir əvəzi Emin Orucov heç bir açıqlama verməyəcəyini bildirib.

Ətraflı süjetdə:

Direktorun səs yazısı yayıldı: İşçiləri saxtakarlığa təhrik edirmiş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
37
oxu.az

10Mənbələr