Rusiya Bankı ABŞ dollarının rəsmi məzənnəsini kəskin artırıb
"Ölkə.az" xəbər verir ki, bu il mayın 8-dən bəri ilk dəfə olaraq 82 rublu ötüb.
Avro 94,9976 rubl təşkil edəcək. Mərkəzi Bank yuanın məzənnəsini də 11,427 rubl müəyyən edib.
Xatırladaq ki, bir gün əvvəl dolların Forex valyuta bazarında dəyəri 83,1 rubl idi - sonuncu dəfə Amerika valyutası bu cür səviyyələrdə iki ay əvvəl sabitlənmişdi. Eyni zamanda Rusiya Mərkəzi Bank onu 79,58 rubl müəyyən edib.