AZ

Rusiyalı politoloqdan etiraf: AZAL ın təyyarəsini biz vurmuşuq və bunu Moskva da bilir VİDEO

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Politoloq Sergey Markov 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulduğunu etiraf edib.

Bakıvaxtı.az "Unikal"a istinadən  xəbər verir ki, o bunu iyulun 24-də "Tsarqrad" telekanalının efirində deyib.

Markovun sözlərinə görə, Moskva ilə Bakı arasında münasibətlərin korlanmasına səbəb məhz təyyarənin vurulması olub.

"Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi, şübhəsiz ki, təyyarədir. Məlum olduğu kimi, biz ruslar təyyarəni vurmuşuq və bu, tamamilə aydındır", - Kremlə bağlı olan politoloq Sergey Markov deyib.

O qeyd edib ki, Azərbaycan hakimiyyəti təyyarəni Rusiyanın vurduğunu bilir və bunu Rusiya hakimiyyəti də bilir. Markov xatırladıb ki, Rusiya Federasiyasının İkinci Qarabağ Müharibəsi zamanı təsadüfən Rusiya hərbi helikopterini vurduğu zaman Azərbaycan rəsmən üzr istədi, günahkarları müəyyənləşdirib cəzalandırdı, təzminat ödədi.

Azərbaycan eyni cavabı Aktau yaxınlığında Azərbaycan təyyarəsinin vurulmasından sonra Moskvadan gözləyir. Markovun sözlərinə görə, Rusiya Federasiyası öz günahını etiraf etmir və atdığı addımı təyyarəni vuran hava hücumundan müdafiə sisteminin Ukrayna pilotsuz təyyarələrinin hücumunu dəf etməsi ilə əsaslandırır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
6
bakivaxti.az

8Mənbələr