AZ

  KİV: ABŞ “Hizbullah”ın tərksilah edilməsi üçün Livana təzyiqi artırır

Vaşinqton “Hizbullah” hərəkatının tərksilahı haqqında rəsmi qərarın tez qəbul edilməsi üçün Beyruta təzyiqi artırır.

Bakues.az xəbər verir ki, bu barədə məsələ ilə tanış olan beş mənbə “Reuters” agentliyinə bildirib.

Məlumata görə, rəsmi bəyanat olmadan ABŞ Livan tərəfi ilə danışıqlar aparmaq üçün Tomas Barrakı Beyruta göndərməyəcək, həmçinin hava zərbələrini dayandırmaq və ya qoşunlarını Livanın cənubundan çıxarmaq üçün İsrailə təzyiq göstərməyəcək.

Qeyd edək ki, Vaşinqton və Beyrut artıq altı həftəyə yaxındır, İsrailin zərbələrini dayandırması və qoşunlarını Livanın cənubundakı beş məntəqədən çıxarması müqabilində “Hizbullah”ın tam tərksilah edilməsini nəzərdə tutan ABŞ-nin yol xəritəsi barədə danışıqlar aparır.

İlkin təklifə Livan hökumətinin “Hizbullah”ın tərksilahı ilə bağlı qərar qəbul etməsi barədə şərt daxil edilib.

Bildirilir ki, “Hizbullah” öz arsenalını tam təhvil verməkdən açıq şəkildə imtina edib, lakin onu azaltmağa razılıq verib.

Hərəkat həmçinin Livan rəsmilərinə bildirib ki, İsrail ilk addımı atmalı, qoşunlarını çıxarmalı, “Hizbullah”ın döyüşçülərinə və silah anbarlarına pilotsuz uçuş aparatları ilə zərbələri dayandırmalıdır.

Seçilən
7
1
icma.az

2Mənbələr