AZ

30 milyon avro təzminat ödənildi, 2 illik müqavilə bağlandı - Portqaliyalı hücumçu ilə

“Çelsi”nin futbolçusu Joao Feliks karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, “Əl-Nəsr” portuqaliyalı hücumçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər Feliks üçün London klubuna 30 milyon avro təzminat ödəyib. 25yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Feliks ötən mövsümün ikinci yarısında icarə əsasında “Milan”ın formasını geyinib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
3
sportinfo.az

1Mənbələr