AZ

Almaniyada hərbi helikopter çaya düşüb, ölənlər var - Yenilənib

Almaniyanın şərqində hərbi helikopterin təlim zamanı qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub...

“Report” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistoriusa istinadən DPA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bir nəfər itkin düşmüş hesab olunur.
Hadisə Saksoniya federal əyalətinin Qrimma şəhəri yaxınlığında baş verib və helikopterin qalıqları Mulde çayında tapılıb. Qəza yerində hərbi təhlükəsizlik zonası yaradılıb.

Bundesverin şəxsi heyəti xilasetmə və təhqiqat tədbirlərini həyata keçirmək üçün hadisə yerində olub.
Yanğınsöndürmə xidmətinin sözçüsü bildirib ki, qəza nəticəsində külli miqdarda kerosin çaya dağılıb və helikopterin qalıqları çayın ortasında olduğu üçün oraya daxil olmaq çətindir. Hadisə yerində 50-yə yaxın təcili xilasetmə xidmətinin əməkdaşı çalışır.

***

Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə “Bild” qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Saksoniya federal torpağında Grimma şəhəri yaxınlığında baş verib. Şahidlərin məlumatına görə, helikopterin qalıqları Mulde çayında aşkar edilib.

Hazırda hadisə yerində polis və xilasedicilər işləyir, pilotun axtarışları aparılır.

Poliqon.info

Seçilən
58
15
poliqon.info

10Mənbələr