Bakı. Trend:
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq"Karvan" heyətinə yeni futbolçu cəlb edib.
Trend xəbər verir ki, Yevlaxtəmsilçisi almaniyalı müdafiəçi Moise Nqvisaninin keçidinirəsmiləşdirib. 27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
O, karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və“Borussiya Münhenqladbax” klublarının heyətində çıxış edib.