AZ

Zelenski ukraynalıların Polşadan məcburi köçürülməsini deportasiya kimi tanıdı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski 1944-1951-ci illərdə 700 mindən çox ukraynalının Polşa Respublikası ərazisində kompakt yaşadıqları ərazilərdən məcburi köçürülməsinin deportasiya kimi tanınması haqqında qanunu imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ali Radanın "Telegram" kanalında məlumat verilib.

Qanun qurbanlara deportasiya statusu verir. Həmin şəxslərə illik maddi yardım və sosial müavinətlər də nəzərdə tutulur.

Qeyd edək ki, 1944-cü il sentyabrın 9-da Ukrayna SSR hökuməti ilə Polşa Milli Azadlıq Komitəsi arasında "Lublin müqaviləsi" imzalanıb. Sənəd ukraynalıların, belarusların və rusların Polşadan Ukrayna SSR-ə təxliyəsini, həmçinin Polşanın keçmiş vətəndaşları olan polyakların və yəhudilərin əks istiqamətdə köçürülməsini tənzimləyirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
oxu.az

1Mənbələr