Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsüilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindənmədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimitanınıb.
Trend xəbər verir ki, bufikri Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrəninCenevrə şəhərində keçirilən Parlament Sədrlərinin VI DünyaKonfransında çıxışı zamanı BMT-də islahatlar mövzusuna toxunaraqbildirib.
Spiker Sahibə Qafarova qeyd edib ki, ötən il may ayındakeçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycanparlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil edilmişdirki, bu da qeyd olunan sahədə aparılan müzakirələrin parlamentperspektivini təmin edib. Bunu nəzərə alaraq, Milli Məclisin sədri,mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqıngələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib.