Azərbaycan Premyer Liqasında yüksələn "Karvan" növbəti transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, Yevlax klubu Moise Nqvisani ilə 1 illik müqavilə imzalayıb.
Almaniyalı futbolçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir. 27 yaşlı Moise son olaraq Lüksenburqun “Wiltz71” klubunda forma geyinib.
Qeyd edək ki, Nqvisani karyerası ərzində Moise Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya Münhenqladbax” klublarının heyətində çıxış edib.
İdman.biz