AZ

PFL "İmişli"nin müraciəti əsasında Quba stadionuna baxış keçirdi -AÇIQLAMA

“İmişli” klubunun müraciəti əsasında Peşəkar Futbol Liqası (PFL) tərəfindən cümə günü Quba Olimpiya Kompleksinin meydanına baxış keçirilib. 

PFL-in sözçüsü Sənan Abdullayevlə əlaqə saxlayıb vəziyyətin nə yerdə olduğu ilə maraqlandıq. Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Baxış zamanı çatışmazlıqlarla yanaşı, xeyli müsbət məqamlar üzə çıxıb. Stadionun 3 tərəfində tribuna var və yarışların keçirilməsi üçün uyğundur. Stadionun təbii ot ortüyü yaxşı vəziyyətdədir. Sulama sistemi də standartlara cavab verir. Ehtiyat oyunçular skamyasına və texniki zonaya əl gəzdirilməlidir. Ümumilikdə paltardəyişmə və hakimlər otaqlarında durum normaldır, ancaq müəyyən işlər görülməsinə ehtiyac var. Mətbuat konfransı və media iş otağı hazırlanmalıdır. VİP yerlər və dopinq otağı üçün də işlər görülməlidir. Bununla yanaşı azarkeşlərin yerləşməsi və rahatlığı üçün bəzi dəyişikliklərə ehtiyac var. Ən qısa zamanda yayım üçün “CBCSport” kanalının əməkdaşları da stadiona baxış keçirəcəklər. Çəkiliş platformaları və şərhçi mövqeyi üçün istəklərini bildirəcəklər. Avqustun 8-də stadiona daha bir baxış keçiriləcək”.

Nihat

Seçilən
15
1
fanat.az

2Mənbələr