AZ

Avropa ABŞ a 600 milyard dollar sərmayə qoyacaq

Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ağ Evin paylaşdığı məlumatlara görə, bu razılaşma dünyanın iki ən böyük iqtisadiyyatı arasında iqtisadi münasibətləri yenidən tarazlaşdıracaq.

Banco.az xəbər verir ki, nəsillər boyu davam edən transatlantik ittifaqın modernizasiyasını təmsil edən bu saziş amerikalılara Avropa İttifaqı (Aİ) bazarına misli görünməmiş səviyyədə çıxış imkanı yaradacaq.

ABŞ iqtisadiyyatını və istehsal gücünü gücləndirəcək bu razılaşma çərçivəsində Aİ 2028-ci ilə qədər ABŞ-dən 750 milyard dollar dəyərində enerji alacaq və 600 milyard dollarlıq yeni sərmayə yatıracaq.

Prezident Donald Trampın vəzifə müddəti ərzində həyata keçiriləcək bu 600 milyard dollarlıq yeni sərmayə, Aİ şirkətlərinin hər il ABŞ-yə yatırdığı 100 milyard dollardan çox investisiyaya əlavə olacaq.

Razılaşma ABŞ-lı fermerlərə, heyvandarlıq və balıqçılıqla məşğul olanlara və istehsalçılara:

ixrac imkanlarını artırmaq,

iş imkanlarını genişləndirmək,

və Aİ ilə mövcud mal ticarəti kəsirini azaltmaq imkanı verəcək.

Bundan əlavə, Avropa İttifaqı ABŞ-dən idxal edilən bütün sənaye məhsullarına tətbiq olunan gömrük vergiləri də daxil olmaqla əhəmiyyətli rüsumları ləğv edəcək.

Digər tərəfdən, razılaşmaya əsasən Aİ ABŞ-yə avtomobillər və onların ehtiyat hissələri, dərman vasitələri və yarımkeçiricilər də daxil olmaqla məhsullar üçün 15 faiz gömrük vergisi ödəyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
banco.az

2Mənbələr