AZ

Fransa XİN: Avropa İttifaqı İsrailə qarşı sanksiyaların tənəzərdən keçirir

Avropa İttifaqı İsrailin Qəzza zolağındakı hərəkətlərinə və bölgəyə kifayət qədər humanitar yardımın çatdırılmasını təmin etməməsinə görə bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına açıqlamasında bildirib.

“Son aylar Qəzzada baş verənlər bizi dərindən sarsıdır. Orada yaşananlar biabırçılıq və rüsvayçılıqdır və buna dərhal son verilməlidir”, – deyə Barronun ərəb dilində sitatı telekanal tərəfindən təqdim olunub.

“Avropa İttifaqı İsrailə qarşı sanksiyaların tətbiqinə səs verməyə hazırlaşır”, – deyə o əlavə edib.

Seçilən
17
7
apa.az

9Mənbələr