Türkiyə Prezidenti Rəcəb Ərdoğan Qazaxıstan lideri Kasım-Jomart Tokayevə “Dövlət Nişanı” təqdim edib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə çıxış edən Prezident Ərdoğan, Qazaxıstanın Tokayevin liderliyi ilə bölgədə güclü bir dövlətə çevrildiyini bildirib.
Ərdoğan Tokayevin öz ölkəsində böyük dəyişikliklərə imza atdığını, Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində çalışdığını xüsusi qeyd edib.
Qeyd edək ki, “Dövlət Nişanı” Türkiyə Prezidenti tərəfindən verilən ən yüksək dövlət mükafatıdır. Bu medal Türkiyə ilə öz dövlətləri arasında dostluq münasibətlərini inkişaf etdirən və xalqlar arasında yaxınlaşmanı təşviq edən ölkələrin dövlət başçılarına, prezidentlərinə verilir.
Azərbaycan Prezidenti İlham Əliyevə isə Türkiyənin ən yüksək medalı 2013-cü ildə təqdim olunub.