Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Milli Antikorrupsiya Bürosu (NAБУ) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SАП) səlahiyyətlərini genişləndirən qanun layihəsi bu həftənin cümə axşamı qəbul oluna bilər.
Bu barədə o, 29 iyul tarixindəki axşam müraciətində məlumat verib.
Prezident qeyd edib ki, sözügedən qanun layihəsini Danimarkanın Baş naziri Mette Frederiksen və Kanadanın Baş naziri ilə müzakirə edib. Zelenski vurğulayıb ki, layihə antikorrupsiya infrastrukturunun və digər hüquq-mühafizə orqanlarının effektiv fəaliyyətini təmin etmək məqsədi daşıyır.
“Bu qanunun cümə axşamı qəbul olunması çox vacibdir. Bütün tərəfdaşlarımız bu təşəbbüsü dəstəkləyir”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, qanun layihəsi bu gün – iyulun 29-da, Ukrayna Ali Radasının nümayəndələri ilə də müzakirə olunub.
//Samir Qurbanov, Editor.az