AZ

Olimpiya çempionu qaya uçqununun altında qaldı Axtarışlar gedir

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İkiqat olimpiya çempionu, alman biatlonçusu Laura Dalmayer Pakistanın Karakoram dağlarında qaya uçqununun altında qalıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə DPA idmançının menecerinə istinadən məlumat yayıb.

Hadisə iyulun 28-də baş verib. 31 yaşlı Dalmayer dırmanma yoldaşı ilə Laila zirvəsinə (6096 metr) qalxırdı. Təxminən 5700 metr hündürlükdə idmançı qaya uçqunu altında qalıb.

Dalmayerin tərəfdaşı dərhal təcili yardım çağırıb, lakin qayaların düşməsi riskinin davam etməsi səbəbindən xilasedicilər keçmiş biatlonçunun olduğu güman edilən yerə hələ də çata bilməyiblər.

Ərazi uzaqda olduğundan xilasedici helikopter hadisə yerinə yalnız iyulun 29-da səhər çata bilib.Uçuş zamanı xilasedicilər həyat əlaməti aşkar etmədikləri bağlı məlumat veriblər. Qaranlıq çökdüyündən axtarış dayandırılıb.

Qeyd edək ki, Laura Dalmayer Almaniya vətəndaşıdır, 2013-2019-cu illərdə biatlon üzrə milli komandanın tərkibində mübarizə aparıb. İdmançı 2016/2017 Dünya Kubokunun qalibi, sprint və təqib üzrə ikiqat Olimpiya çempionu, biatlon üzrə yeddiqat dünya çempionudur.

İdmançı karyerasını 2019-cu ildə 25 yaşında bitirərək, artıq peşəkar idman üçün lazım olan yüz faiz ehtiras hiss etmədiyini bildirib.

KİV yazır ki, keçmiş biatlonçu sertifikatlı dağ bələdçisi, dağ-xilasetmə xidmətinin fəal üzvüdür və təcrübəli alpinist sayılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
yeniavaz.com

2Mənbələr