AZ

Avropa ölkəsi Ukraynanı haubitsasız qoyub

Slovakiya hələ də vəd edilən 16 haubitsadan yeddisini Ukraynaya təhvil verməyib.

Qaziler.az-ın məlumatına görə, bu barədə "Aktuality" xəbər verir. Slovakiya vəd etdiyi 16 "Zuzana 2" haubitsasından yeddisini hələ də Ukraynaya çatdırmayıb. Nəşr yazır ki, bütün partiya 2024-cü ildə təhvil verilməli idi.

Ukrayna üçün slovakların "Zuzana 2" haubitsaları əhəmiyyətli bir gecikmə ilə üzləşir. Nəşr bildirir ki, bu, yəqin ki, Ukrayna zavodu ilə əməkdaşlığa xitam verilməsi və Müdafiə Nazirliyinin mübahisəli qərarları ilə bağlıdır.

Sifarişçi qismində çıxış edən Almaniya, Danimarka və Norveçin dəstəyi ilə 92 milyon avro  dəyərində müqavilə bağlanıb. Bununla belə, jurnalistlərin fikrincə, proses 2023-cü ildə Slovakiya Müdafiə Nazirliyində rəhbərlik dəyişikliyindən sonra dalana dirənib.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr