AZ

Nikola Ninkoviç “Sumqayıt”da!

Serbiyanın futbol üzrə U-21 milli komandasının keçmiş üzvü Nikola Ninkoviç bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hücumameyilli yarımmüdafiəçi olan Ninkoviç komandanın sıralarına cəlb edilib. 30 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Nikola yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Nikola Ninkoviç ötən mövsümü Serbiyanın “Tekstilaç” klubunda keçirib. O, bu ilin martında qoşulduğu sözügedən komandadan mövsüm bitən kimi azad agent qismində ayrılıb. Yarımmüdafiəçi “Tekstilaç”da 9 oyuna 1 qol və 1 assistlə yadda qalıb.

Ninkoviç karyerası ərzində “Partizan”, “Proletar” (hər ikisi Serbiya), “Kyevo”, “Empoli”, “Cenoa”, “Askoli”, “Breşiya” (hamısı İtaliya), “Torpedo” (Kutaisi, Gürcüstan), “Borats” (Banya Luka, Bosniya və Herseqovina) kimi klublarda çıxış edib.

Serbiyalı futbolçu ölkəsinin U-17, U-19 və U-21 millisinin heyətində forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Sumqayıt” daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji və Rüstəm Əhmədzadəni də heyətinə qatmışdı. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias və Georgi Xaraişvili komandanı tərk ediblər. İsa Suliman, Roi Kehat və Səbuhi Abdullazadə ilə də yeni müqavilə imzalanıb.

Seçilən
13
arena.az

1Mənbələr