ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və Çin Stokholmda keçirilən danışıqlardan sonra gömrük tarifləri üzrə atəşkəs müddətini daha üç ay uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.
“ABŞ və Çin tarif güzəştlərinin qüvvədə qalmasını uzatmaq barədə razılığa gəliblər. Bu bəyanat Stokholmda ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Dövlət Şurasının sədr müavini Xe Lifenin rəhbərliyi altında iki günlük danışıqlardan sonra verilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ və Çin nümayəndələri arasında 10–11 may tarixlərində Cenevrədə keçirilən danışıqların nəticəsi olaraq, 12 maydan başlayaraq qarşılıqlı şəkildə 90 gün müddətinə gömrük rüsumlarının 115%-dən azaldılması barədə razılaşma əldə olunmuşdu (ABŞ-a idxal olunan Çin mallarına rüsumlar 30%-ə, Çinə ixrac olunan Amerika mallarına isə 10%-ə endirilmişdi). Həmin razılaşmanın müddəti 12 avqustda başa çatır. Stokholm danışıqları isə 28 və 29 iyul tarixlərində baş tutub.
Xatırladaq ki, bu il aprelin əvvəli ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən ABŞ-yə idxal olunan məhsullara qarşılıqlı tariflər təyin edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.