AZ

Borca görə şirkət rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı

“AZ TME” şirkətinin rəhbərinə “stop” qoyulub.

Valyuta.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə qəbul edib. 

İş materiallarından aydın olur ki, şirkətin dövlət büdcəsinə 14 824,63 manat borcu olub.

Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müracət edərək borc ödənilədək şirkətin rəhbərinə “stop” qoyulmasını xahiş edib.

Qeyd edək ki, “AZ TME” şirkəti 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Alıhüseynov Samir Oxuyaz oğludur. Şirkətin hazırda 52 628,72 manat vergi borcu var.

Hüseyn

Seçilən
24
valyuta.az

1Mənbələr