AZ

Tehranda polis gənclərə hücum etdi: Ağır yaralılar var VİDEO

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın paytaxtı Tehranın Tehranpars bölgəsində 144 saylı polis bölməsinin əməkdaşlarının bir neçə gənc oğlana hücum etdiyi, onları döydüyü və həbs etdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, hadisənin səbəbləri və gənclərin hansı əsasla saxlanıldığı barədə hələlik rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə polislərin fiziki zorakılıq tətbiq etdiyi iddia olunur.

İran hüquq-mühafizə orqanları son illərdə ictimai asayişin qorunması adı ilə həyata keçirdikləri aksiyalarda dəfələrlə güc tətbiqinə görə tənqid olunublar.

Hadisə yerində olan yerli sakinlər insidentin qəfil baş verdiyini və gənclərin silahsız olduğunu bildiriblər.

Tahir Turan

Globalinfo.az

https://cdn.globalinfo.az/2025/07/video5208770331807874988.mp4

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr