AZ

Avropanın yeni sanksiyaları Rusiya neftinə hələlik təsir etməyib

Urals neftinin endirimi müharibə dövründə rekord həddə qədər azalıb...

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketi hələlik Rusiya neft bazarına nəzərəçarpacaq təsir göstərməyib.

Poliqon xəbər verir ki, Bu barədə “Bloomberg” Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, Rusiyanın “Urals” markalı nefti hazırda müharibə başlayandan bəri etalon markalara (xüsusilə Brent) nisbətən ən az endirimlə satılır.

“Argus Media” şirkətinin məlumatına görə, Rusiyanın qərb limanlarından ixrac olunan “Urals” markalı neft son günlərdə Brent markasına nisbətən bir barel üçün orta hesabla 11,45 dollar endirimlə satılıb. Bu, 2022-ci ilin fevralından bəri qeydə alınan ən aşağı fərqdir.

Bu endirim hətta bu ayın əvvəlində Aİ-nin Rusiyaya qarşı “ən güclü” sanksiyalar paketini elan etməsindən sonra belə azalmağa davam edib.

Araşdırma şirkəti “Kpler”in baş analitiki Muyu Syunun sözlərinə görə, Urals neftinə olan marağın artması əsasən Asiyada, xüsusilə də Çində tələbin yüksəlməsi ilə bağlıdır: “Çin neft emalı zavodları Avropa bazarından asılı olmadığı üçün Aİ sanksiyalarından demək olar ki, təsirlənmir. Bundan başqa, rus neftini alanlar üçün Aİ sanksiyaları ABŞ məhdudiyyətləri ilə müqayisədə daha az narahatedicidir”.

Bununla belə, Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketinin nəticələrini qiymətləndirmək üçün hələ tezdir. Çünki yeni qiymət tavanı yalnız 3 sentyabrda qüvvəyə minəcək. Rusiya neftindən istehsal olunan neft məhsullarının alınmasına qoyulan qadağa isə yalnız gələn ilin yanvar ayının sonunda tətbiq olunacaq.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr