AZ

Rüşvətə görə cəzası ağırlaşdırılan sabiq bələdiyyə sədri: “O pullar “Çiyələk festivalı” və başqa kütləvi tədbirlərə xərclənib”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Cəlilabad bələdiyyəsinin keçmiş sədri, rüşvət ittihamı ilə iki ildir həbsdə olan Mehdi Kərimovun cəzası ağırlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi Mehdi Kərimovun cəzasını ağırlaşdırılması üçün prokurorun verdiyi protesti təmin edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 6 il azadlıqdan məhrum edilən keçmiş bələdiyyə sədrinin cəzası artırılaraq, 8 il edilib.

1971-ci il təvəllüdlü Mehdi Kərimov Cəlilabadın sabiq baş memarı – Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Sahil Qəmbərli ilə birlikdə mühakimə olunurdu. Onların hər ikisi Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 (əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahil Qəmbərli isə əvvəldən 8 il azadlıqdan məhrum edilmişdi.

Onlar Sənan adlı şəxsə Cəlilabad şəhərində “Xatirə” parkında 0,03 hektar torpaq sahəsi ayrılması və obyektin tikintisinə icazə verilməsi üçün 40 min manat pul almaqda ittiham olunur. İttihama əsasən, bu pulun 35 min manatı bir dəfə, 5000 manatı da ikinci dəfə alınıb, daha sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar. Çünki əvvəldən Sənan bu idarənin müraciəti əsasında əməliyyat keçirilib.

Mehdi Kərimov özünü rüşvət alma ittihamı üzrə təqsirli bilməyib. O, apellyasiya məhkəməsində xahiş edib ki, ittiham Cinayət Məcəlləsinin 311-ci maddəsindən 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsinə tövsif olunsun.

Vəkili də bildirib ki, Mehdi Kərimovun Sənanla əvvəldən danışıqlarının videoyazısında onun özü üçün rüşvət istəmədiyi aydın olur. Həmin danışıqlarda o, sənədlərşmə prosesini izah edir, bələdiyyəyə ərizə ilə müraciət etməli olduğunu başa salır. Deyir ki, ərizəsi bələdiyyə yığıncağında müzakirə olunacaq, aidiyyəti təşkilatlara sorğular göndəriləcək, torpağın satış qiyməti müəyyən ediləcək, alqı-satqı hərrac yolu ilə aparılacaq, torpağın satış pulu rəsmi qaydada bələdiyyənin hesabına köçürüləcək.

“Əksinə, onun özünün ifadələri ilə təsdiq olundu ki, rüşvəti vermək niyyəti ilə daim üzərində gəzdirdiyi pulu hansı yolla olursa olsun, Mehdi Kərimova ötürməyə, üzərinə qoyülmüş əməliyyat tapşırığını nəyin bahasına olursa olsun icra etməyə çalışıb. Müxtəlif vaxtlarda Cəlilabadda, Lerikdə, Lənkəranda kafedə pulu çıxarıb stolun üstünə qoyub. Lakin Mehdi Kərimov lazımı sənədləşmə aparılmadan pulu götürməkdən imtina edib. Hətta ilk dəfə beh adı ilə Sənanın təkidlə verdiyi 5 min manatı Mehdi Kərimov özü qəbul etməyib, saxlanılması üçün başqasına verib. Son imkanına qədər onunla görüşdən yayınıb. Onun alınan pulu bölüb şəxsi ehtiyaclarına xərcləməsi də təsdiqini tapmadı. Əksinə, məhkəmədə şahid ifadələri ilə məlum oldu ki, həmin vəsaiti Cəlilabadda kütləvi tədbirlərə xərcləyib”.

Keçmiş bələdiyyə sədri ifadəsində bildirib ki, alınan vəsait Cəlilabad rayonunda keçirilən “Çiyələk festivalı”, icra hakimiyyətinin keçirdiyi başqa kütləvi tədbirlərə sərf olunub.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
bizimyol.info

2Mənbələr