AZ

“Sumqayıt” 30 yaşlı serbiyalı futbolçu ilə müqavilə bağladı

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, Saşa İliçin baş məşqçi olduğu komanda Nikola Ninkoviçlə anlaşıb.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Ninkoviç son olaraq Serbiyanın “Tekstilaç” klubunda çıxış edib. Serbiyalı futbolçu buna qədər “Partizan” (Serbiya), “Torpedo” (Kutaisi) “Kyevo”, “Empoli”, “Cenoa”, “Askoli”, “Breşiya” (hamısı İtaliya) kimi klublarda forma geyinib.

 

Seçilən
5
msport.az

1Mənbələr