AZ

İngiltərə Fələstini dövlət kimi tanıya bilər

İngiltərə sentyabrda Fələstini dövlət kimi tanıya bilər. Britaniyanın baş naziri Keir Starmer vurğulayıb ki, İsrail Qəzza zolağında atəşi dayandırmaq üçün addımlar atmasa, hökumət qərarını rəsmiləşdirəcək: “İsrail hökuməti Qəzza zolağındakı dəhşətli vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa, atəşkəsə nail olmasa, İordan çayının qərb sahilinin ilhaqının olmayacağını açıq şəkildə bildirməsə və iki dövlətli həlli təmin edən uzunmüddətli sülh prosesini öhdəsinə götürməzsə Birləşmiş Krallıq Fələstinin dövlətçiliyini tanıya bilər”.
Baş nazir əlavə edib ki, Böyük Britaniya sentyabrda BMT Baş Assambleyası qarşısında İsrailin bu şərtləri nə dərəcədə yerinə yetirdiyini təhlil edəcək.

Xatırladaq ki, iyulun 24-də prezident Emmanuel Makron bildirib ki, Fransa sentyabrda Fələstini ölkə kimi tanımağa hazırdır. Bu qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəstəkləyib. Starmer, öz növbəsində, yaxın gələcəkdə Fələstinlə bağlı plan təqdim edəcəyini söyləyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
2
editor.az

3Mənbələr