Bakıda bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Şərifzadə küçəsi 231C ünvanında Gürcüstan vətəndaşı 1991-ci il təvəllüdlü Xudiyev Sahib Mehdixan oğlu bıçaqlanıb. Yaralı Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İlkin olaraq S.Xudiyev xəsarəti yıxılaraq aldığını bildirib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, S.Xudiyevə Kənan adlı şəxs xəsarət yetirib.
Hadisəni törətmiş Kənan adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
www.anews.az