AZ

Aİ-ABŞ ticarət razılaşması İspaniya qara zeytun ixracatçılarını çətin vəziyyətə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-ABŞ ticarət razılaşması İspaniya qara zeytunlarına 15% əlavə rüsum tətbiq edir.

Banco.azxəbər verir ki, ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında əldə olunan son ticarət razılaşması İspaniyanın qara zeytun ixracatçılarını çətin vəziyyətə salıb.

Razılaşma çərçivəsində Aİ mənşəli məhsullara 15 faiz idxal vergisi tətbiq olunub və bu vəziyyət artıq Tramp dövründən bəri yüksək gömrük rüsumları ilə üzləşən ispan istehsalçıları və ixracatçıları arasında narahatlıq yaradıb.

Dünyanın ən böyük süfrə zeytunu ixracatçısı olan İspaniyanın ABŞ-dəki qara zeytun bazarındakı payı 2017-ci ildəki 49 faiz səviyyəsindən 2024-cü ildə 19 faizə qədər azalıb. Bu enişdə Tramp dövründə Kaliforniyalı istehsalçıların tələbi ilə tətbiq olunan 30 faizi keçən əlavə vergilərin mühüm rolu olub.

Qara zeytun hədəfdə, yaşıl zeytun üstünlükdə

Tətbiq olunan vergilər yalnız qara zeytunlara şamil edilir; yaşıl zeytun, zeytun yağı və yarımemal zeytun məhsulları isə bu çərçivəyə daxil edilmir.

Buna görə də ispan istehsalçılar son illərdə yaşıl zeytun ixracatına daha çox önəm verməyə başlayıblar. Lakin yeni tətbiq edilən 15 faizlik əlavə vergi səbəbilə sektor nümayəndələri qara zeytun ixracatının artıq davam etdirilməsinin mümkün olmadığını bildirirlər.

İspaniyanın cənubundakı ən böyük zeytun istehsal bölgələrindən biri olan Sevilyada fəaliyyət göstərən kənd təsərrüfatı birliyi Asaja-nın katibi Eduardo Martin belə deyib:
"Bu şərtlər altında qara süfrə zeytunlarının ixracı mümkünsüz hala gəlir."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
28
1
banco.az

2Mənbələr