AZ

Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər

Bakı. Trend:

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman binƏbdüləziz Al Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd binSalman əl-Səud 2026-cı ildə Bakıda keçiriləcək 13-cü ÜmumdünyaŞəhərsalma Forumuna (WUF13) dəvət ediliblər.

Trend xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubları ölkəmizinSəudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT)yanında daimi nümayəndəsi Şahin Abdullayev tərəfindən iyulun 29-daxarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xiriciyətəqdim edilib.

Görüşdə, həmçinin iki ölkə arasındakı əlaqələr və onların bütünsahələrdə möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğurandigər məsələlər müzakirə olunub.

Seçilən
0
40
az.trend.az

10Mənbələr