AZ

Almaniyada hərbi helikopter qəzaya uğrayıb

İyulun 29-da səhər saatlarında Almaniyanın Qrimma (Saksoniya) şəhəri yaxınlığında hərbi helikopter qəzaya uğrayıb. Bu barədə “n-tv” hadisə yerində işləyən xidmətlərə istinadən məlumat yayıb.

Ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, təyyarə təlim uçuşunda olub və Mulde çayına düşüb.
Polis helikopterin bir hissəsinin su anbarında, bir hissəsinin isə şəhər və A14 şossesi yaxınlığında tapıldığını bildirib. “Bild” xəbər verir ki, helikopter Bundesver donanmasına aid deyil. Pilot itkin düşmüş hesab olunur. Təyyarənin göyərtəsində başqa birinin olub-olmadığı hələlik məlum deyil. Digər qurbanlar barədə də məlumat yoxdur.

Qəza baş verən ərazinin ətrafında hərbi təhlükəsizlik zonası yaradılıb, ərazidə (3,7 km) uçuşa qadağa qoyulub və hadisə yerində yanğınsöndürənlər, polis əməkdaşları və Bundesver nümayəndələri də daxil olmaqla 100-dən çox insan çalışır. Qəza nəticəsində külli miqdarda kerosin çaya sızıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
67
editor.az

1Mənbələr