Yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan "Karvan" yeni futbolçu ilə anlaşıb.
Rekord.az xəbər verir ki, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Moise Nqvisanini sıralarına cəlb edib.
Onunla 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Moise karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib.