AZ

Qırmızı işıqda qaçaraq keçiddən keçən qadını maşın vurub yerə çırpdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Piyada keçidindən qaçaraq keçən qadını maşın vurub. Avtosfer.az xəbər verir ki, Buryatiya Respublikasında baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlarda bir qadının piyada keçidindən qaçaraq keçməyə çalışdığı və bu anda sürətlə hərəkətdə olan avtomobilin onu vurduğu görülür. Zərbə o qədər bərk olur ki, qadın bir neçə dəfə havada fırlanır. 

Yerli medianın məlumatına görə, ağır xəsarətlər alan qadın huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polisdən verilən ilkin açıqlamaya görə,  qəzaya qadının svetoforun piyadalar üçün qırmızı işığından keçməsi səbəb olub. Hazırda faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr