ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandası portuqaliyalı hücumçu Juan Feliksin keçidi ilə bağlı müqavilənin imzalandığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun "X" sosial şəbəkə hesabında məlumat yayımlanıb.
Məlumata görə, müqavilə iki il müddətinə nəzərdə tutulub. Transferin məbləği 30 milyon avro təşkil edib. Lakin bonuslar nəzərə alınmaqla, futbolçunun əvvəlki klubu "Çelsi" Feliksə görə 50 milyon avroya qədər vəsait əldə edə bilər.
Bununla da Feliks "Ən-Nəsr"də həmyerlisi Kriştianu Ronaldu ilə komanda yoldaşı olub.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında İtaliyanın "Milan" klubunda çıxış edib. 25 yaşlı futbolçu bütün turnirlərdə meydana çıxdığı 21 oyunda üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.