AZ

Tokayev: Bakı–Tbilisi–Ceyhan kəməri ilə Qazaxıstandan Türkiyəyə ildə 1,4 milyon ton neft nəql olunur

Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Qazaxıstandan Türkiyəyə 1,4 milyon ton neft nəql olunur.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkəsi Türkiyəyə məxsus neft şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayır:

"Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq".

Dövlət başçısı əlavə edib ki, tərəflər iri layihələrin birgə həyata keçirilməsinə hazırdır.

Seçilən
30
4
apa.az

5Mənbələr