AZ

Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması saxta imiş – Rəsmi Tehran

  İran Prezidenti Məsud Pezeşkianın “şimal-qərb sərhədlərində dəhlizlərin dəyişdirilməsi” ilə bağlı dediyi iddia edilən ifadələr ətrafında yaranan müzakirələr Tehranın rəsmi mövqeyi ilə üst-üstə düşmür.

Bəzi media orqanları Pezeşkianın “İranın şimal-qərb sərhədlərində dəhlizlərin dəyişdirilməsi kimi kiçik məsələlərdən narahat olmağa əsas yoxdur” ifadəsini ön plana çıxararaq Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyinin yumşaldığı təəssüratını yaratmağa çalışıblar.

Lakin İran Prezidentinin rəsmi saytında yayımlanan versiyada bu ifadənin “dəhlizlər” anlayışı ilə bağlı olmadığı və nə konkret layihənin, nə də ərazi adının çəkilmədiyi açıq şəkildə görünür.

Rəsmi mənbədə Pezeşkianın sitatı belədir:

 
“Qonşularla və region dövlətləri ilə münasibətlərin və əməkdaşlığın genişləndirilməsini kompleks şəkildə nəzərdən keçirsək, daha konkret məsələlər, o cümlədən ölkənin şimal-qərbində sərhədi keçmək problemi ilə bağlı narahat olmağa dəyməz. Biz qonşularla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması, iqtisadiyyatlarımızın geniş şəkildə birləşdirilməsi, konstruktiv və qarşılıqlı həssaslığın azaldılması kontekstində baxmalıyıq”.

Xatırladaq ki, Azərbaycan dəfələrlə “Zəngəzur dəhlizi”nin suveren dövlətlərin əraziləri üzərindən keçən kommunikasiya xətti olduğunu və bunun beynəlxalq hüquqa zidd olmadığını dəfələrlə bəyan edib. Rəsmi Bakı “dəhliz” anlayışının eksklüziv nəzarət tələb etmədiyini, sadəcə olaraq təhlükəsiz keçid və iqtisadi əlaqələrin bərpasına yönəldiyini vurğulayır.

Tehranda bəzi dairələrin məsələni şişirtməyə və Azərbaycanla münasibətləri gərginləşdirməyə yönəlmiş səylərinə baxmayaraq rəsmi mövqelər Azərbaycanla İran arasında təmkinli diplomatik münasibətlərin qorunduğunu göstərir../Globalinfo.az  

Seçilən
26
referans.az

1Mənbələr