AZ

"Sumqayıt" serbiyalı futbolçu transfer edib

Azərbaycan Premyer Liqası təmsilçisi "Sumqayıt" daha bir transfer reallaşdırıb.

İdman.bizz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sumqayıt klubu serbiyalı yarımmüdafiəçi Nikola Ninkoviçlə 1+1 illik müqavilə imzalayıb. "Partizan"ın yetriməsi olan 31 yaşlı futbolçu İtaliyanın "Cenoa", "Kyevo", "Empoli", "Askoli", "Breşiya", Serbiyanın "Proletar" və Bosniya və Herseqovinanın "Borats" klublarında çıxış edib. Ninkoviçin son olaraq ölkəsində "Tekstilaç"ın formasını geyinib.

Qeyd edək ki, Nikola Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr