AZ

Unudulmaz 6 il üçün təşəkkürlər - Corc Dik

İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfirliyi paylaşım edib.

“6 illik dostluq, qarşılıqlı hörmət. 6 ildir ki, xalqlar arasında körpülər qurur.

Səfir Corc Dik Azərbaycandakı tarixi missiyasını başa vuraraq, dərinləşmiş əlaqələr, mənalı tərəfdaşlıq və səmimi münasibətlər irsini miras qoyur. Unudulmaz 6 il üçün təşəkkürlər”, - paylaşımda qeyd olunub.

Videoda səfir səlahiyyət dönəmində Azərbaycandakı mühüm tarixi hadisələrdən bəhs edən fotoalbomunu nümayiş etdirib.

Qeyd edək ki, Corc Dik Bakıdakı vəzifəsinə 2019-cu ildə başlayıb.

Seçilən
24
4
ikisahil.az

10Mənbələr