Əməkdar artist Abbas Bağırov kiberdələduzlarla bağlı izləyicilərinə müraciət edib.
OLAY yazır ki, o, bu barədə o instaqramda “story” paylaşıb:
“Dostlar, diqqətli olun! +1 kodu ilə gələn mesajlara cavab yazmayın! Tanıdığınız insanlardan teleqramda salam yazan şəxslərin yolladıqları linklərə daxil olmadan nömrəsinə diqqət edin! +1 kodu ilə başlayan dələduzlar peyda olublar”.
