ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
8 yaşlı Narin Güranın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı işdə ömürlük həbs cəzası alan və hazırda Ərzincan Qadın Qapalı Həbsxanasında saxlanılan anası Yüksel Güranın həbsxanadakı son görüntüsü ortaya çıxıb.
Diyarbakırın Bağlar rayonuna bağlı Tavşantepe kəndində 21 avqust 2024-cü ildə itkin düşən 8 yaşlı Narin Güranın cansız bədəni 20 gün sonra Eğertutmaz dərəsində, su yatağına basdırılmış bir kisə içində tapılmışdı. Aparılan tibbi ekspertizalar nəticəsində azyaşlının döyülərək öldürüldüyü müəyyən edilmişdi.
Ətraflı aparılan istintaq nəticəsində Narin Güranın anası Yüksel Güran, qardaşı Enes Güran, əmisi Salim Güran və ailənin qonşusu Nevzat Bahtiyar saxlanılmışdı. Həbs edilən bu 4 nəfərlə bağlı aparılan məhkəmə prosesi nəticəsində ana, qardaş və əmi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildi. Qonşu Nevzat Bahtiyar isə cinayətə yardım etdiyi üçün 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə, bu qətlin ailə daxilində planlı şəkildə həyata keçirildiyi qənaətinə gələrək hökmləri təsdiqlədi.
Cinayətdən sonra Ərzincan Qadın Qapalı Həbsxanasına göndərilən ana Yüksel Güranın həbsxanadakı son halını əks etdirən görüntü ictimaiyyətə sızdırılıb. Fotoda Yüksel Güranın çökmüş vəziyyətdə olduğu müşahidə olunub.Lalə Qüdrətova
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.