AZ

Azərbaycanlıların israrı həyata keçsə, bir qonşumuzu itirəcəyik İbrahim Rzai

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Azərbaycanlıların israrı həyata keçsə, bir qonşumuzu itirəcəyik - İbrahim Rzai

Ermənistan bizim dostumuz və strateji tərəfdaşımızdır. Biz həmişə Ermənistanla ən yaxşı münasibətləri saxlamışıq.

Bakupost.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzai fars telekanalı SNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan regional logistika və siyasətdə əsas rol oynayaraq, İranın Avropaya çıxışında strateji mövqe tutur.

Azərbaycanla müzakirələrə gəlincə, iranlı deputat qeyd edib ki, Azərbaycan rəsmiləri ziddiyyətli bəyanatlar verirlər:

“İkitərəfli görüşlərdə Zəngəzur dəhlizi məsələsi birbaşa gündəmə gətirilməsə də, Tehran prosesi diqqətlə izləyir. Əgər azərbaycanlıların israr etdikləri həyata keçərsə, biz qonşularımızdan birini itirə bilərik. Bu, regional geosiyasətdə İranın milli maraqlarına birbaşa zidd olan dəyişikliyə səbəb olacaq”.

O, həmçinin əlavə edib ki, İran və Ermənistan həm hökumətlər səviyyəsində, həm də xalqlar arasında ticarət və sabit əlaqələri inkişaf etdirib. İrandakı erməni icması ölkənin ictimai və mədəni həyatında mühüm rol oynayır.

“Niyə qonşularımızdan birini itirməliyik?” - deyə deputat sual edib.

Bundan əlavə, o qeyd edib ki, region ölkələrinin sabitliyi və suverenliyini təhdid edən sionist planları və neo-osmanlı ambisiyaları kimi regional proseslərin pərdə arxasında xarici qüvvələr fəaliyyət göstərir.

Asena,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
www.bakupost.az

1Mənbələr