AZ

Tramp: “Razılaşmaq asan olardı, amma bu uzun çəkəcək”

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı müharibəyə dair sərt açıqlama verib.

KONKRET.az xəbər verir ki, Tramp çıxışı zamanı bildirib: “Bu bizim müharibəmiz deyil. Bunun pulunu Avropa ödəməlidir”.

Tramp, ABŞ-ın Ukraynaya ayırdığı yardımlardan şübhələndiyini də vurğulayıb:

“Avropa İttifaqı bundan sonra bizim əvvəl etdiyimiz bütün ödənişləri edəcək. Biz Ukraynaya 350 milyard dollar verdik. Amma bu bizim müharibəmiz deyil. Biden sayəsində onlar bu pulu aldılar. İndi mən fikirləşirəm: bu pullar hara getdi? Görünür, silahlara. Avropa isə 100 milyard dollar verdi. Əslində bu, əksinə olmalı idi. Amma indi NATO bütün silahların və başqa şeylərin dəyərinin 100%-ni ödəyəcək. Yəni NATO silahları paylayacaq və pulunu verəcək”, – deyə Tramp əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
6
1
konkret.az

2Mənbələr